Çempionumuz narkotikdən öldü

10:23 - 17 Mart 2015

32 yaşlı Bəşirov...

 

Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib. 

 

Sportal.az xəbər verir ki, bir neçə ildi idmandan uzaqlaşan 32 yaşlı Bəşirov narkotik istifadəçisi olub. Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib. Bəşirov Emin Əbiş oğlu 25 mart, 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayonu, Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 

Bəşirovun idman nailiyyətlərinə gəlincə, yunan-roma güləşi üzrə yeniyetmələrin ümumdünya olimpiya oyunlarının bürünc mükafatçısı (Rusiya, 1998), yeniyetmələr arasında dünya çempionu (Danimarka, 1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya - 2000, keçmiş Yuqoslaviya - 2002) olub.

Xəbər xətti