Millimiz Belçikanı, Ukrayna Danimarkanı məğlub etdi

00:06 - 19 Mart 2015

Seçmə mərhələdə ilk tur start götürdü
 
Dünən futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 4-cü qrupunun ilk turunun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən ilk görüşdə Ukrayna və Danimarka üz-üzə gəlib. Ukraynalılar darmadağınla qalib gəliblər.
 
Günün digər oyununda isə Azərbaycan millisi Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Komandamız seçmə mərhələyə qələbə ilə başlayıb.
 
Azərbaycan - Belçika - 3:1
Qollar: Eduardu, 1 (1:0), Auqusto, 17 (2:0), Fineo, 19 (3:0), Dyujakye, 38 (3:1).
 
Ukrayna - Danimarka - 5:2
Qollar: Beloçerkoveç, 5 (1:0), 9 (3:0), Sorokin, 5 (2:0), Ovsyannikov, 10 (4:0), 11 (5:0), Luxt, 14 (5:1), Yorgensen, 38 (5:2)

Xəbər xətti