"Xəzər Lənkəran"da cəzalar başlayır: Bir neçə futbolçu əvəzedici heyətə göndərilir

11:50 - 19 Mart 2015

Komanda martın 24-ü bir araya gəlir
 
Premyer Liqanın XXVI turunda səfərdə AZAL klubuna 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki,  komanda Premyer Liqada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirəcək. Novruz bayramından sonra, martın 24-də cənub təmsilçisi Lənkəranda toplanacaq. Məhz bayramdan sonra klubda görüləcək ciddi tədbirlər barədə ictimaiyyətə açıqlama veriləcək. Məlumata görə komandanın bir neçə üzvünün cəzalandırılaraq əvəzedici heyətə göndəriləcəyi də gözlənilir. (12cioyuncu.info)

Xəbər xətti