İntizam Komitəsinin qərarları
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki. keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
13 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/4 final AZAL – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
13 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/4 final “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
12 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
17 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Bakı” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun 29 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Şahdağ” – “Kəpəz” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
16 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Rəvan” – “Bakılı” matçında 78-ci dəqiqəsində “Bakılı” klubunun 5 №-li futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
17 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Turan-Tovuz” – “Şəmkir” matçında “Turan-Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 68-ci dəqiqəsində “Şəmkir” klubunun 10 №-li futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanır, klub 2000 manat cərimə olunur
saytlarin hazirlanmasi