Millimiz Danimarkanı 11 qolla məğlub etdi

00:04 - 20 Mart 2015

İkinci oyunda ikinci qələbə
 
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda dünən ikinci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, milli komandamız bu dəfə Danimarka ilə qarşılaşıb.
 
Rəqibini top atəşinə tutan millimiz möhtəşəm qələbə qazanıb.
 
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək ilk oyunda isə Ukrayna Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Ukraynalılar ardıcıl ikinci oyunda da böyük hesablı qələbəyə seviniblər.
 
Xatırladaq ki, ilk turda Azərbaycan yığması Belçikaya (3:1), Ukrayna isə Danimarkaya (5:2) qalib gəlib.
 
AÇ-nin əsas seçmə mərhələsi
4-cü qrup
19 mart
 
 
Azərbaycan - Danimarka - 11:2
Qollar: Fineo, 7 (1:0). R.Fərəczadə, 13 (2:0). V.Borisov, 18 (3:0). Y.Yensen, 21 (3:1). Amadeu, 25 (4:1). İ.Atayev, 31 (5:1). M.Yensen, 31 (5:2). Auqusto, 32 (6:2). R.Çovdarov, 33 (7:2), Fineo, 34 (8:2). R.Fərzəliyev, 36 (9:2). R.Çovdarov, 37 (10:2). İ.Atayev, 38 (11:2).

Xəbər xətti