Messi yenə Ronaldonu taxtdan saldı

10:10 - 7 May 2015

Ulduz fubolçu birincidir
 
Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib.
 
Sportal.az xəbər verir ki, turnirin yarımfinalında "Bavariya" ilə oyunda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb.
 
Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu "Bavariya" ilə görüşdən sonra qollarının sayını 77-yə yüksəldib. Bununla da, Messi "Real"ın forvardı Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 

Xəbər xətti