Qleb vətəninə qayıdıb
Çempionlar Liqasının pley off mərhələsinə vəsiqə qazanan Belorusiyanın BATE komandası heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Borisov təmsilçisi Belorusiya millisinin üzvü Aleksandr Qlebi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu bir müddət "Barcelona" və "Arsenal"ın da şərəfini qoruyub.
Qeyd edək ki, Qleb 1998-2000 və 2012-2013-cü illərdə BATE-nin heyətində çıxış edib və 3 dəfə Belarusiya çempionu olub.
saytlarin hazirlanmasi