"Xəzər Lənkəran" "İnter"i məğlub edərək mövsümə qələbə ilə başladı

20:47 - 8 Avqust 2015

Qarşılaşmada 5 qol
 
Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında 2015/16 mövsümünə start verilib.
 
Sportal.az xəbər verir ki, ilk turda "Xəzər Lənkəran" "İnter"i qəbul edib. 5 qol vurulan matçda cənub təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Xəbər xətti