Rasim Əliyev səhər saatlarında dünyasını dəyişib
Bu gün ANN TV-nin jurnalisti Rasim Əliyev dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, onun ötən gün "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia edilirdi. Elə ötən gün 1 saylı şəhər kliniki xəstəxanasına (Semaşko) yerləşdirilən həmkarımızın qabırğalarının qırıldığı, bir qulağının eşitmədiyi bildirilirdi. Amma onun vəziyyətinin bu dərədəcə çox pis olduğuna dair hər hansısa ehtimal səsləndirilmirdi. Lakin çox təəssüf ki, bu gün səhər saatlarında o, dünyasını dəyişib. Artıq bunu ann.az saytına mərhumun bacısı Gülnarə Əliyeva da təsdiqləyib.
saytlarin hazirlanmasi