Əli Həsənov: "Jurnalistin vəfatı ilə bağlı məsələ ciddi araşdırılır"

16:23 - 9 Avqust 2015

"İctimaiyyətə əlavə məlumat veriləcəkdir"

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə əlaqədar AZƏRTAC-a bildirib.

 

Sportal.az xəbər verir ki, o, məsələnin nəzarətə götürüldüyünü deyib: “ Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.

Xəbər xətti