2 illik müqavilə imzalanıb
Adı "Neftçi" ilə də hallanan itlayan futbolçu Antonio Kassanonun karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu A Seriasında çıxış edən "Sampdoriya" ilə razılığa gəlib. O Siciliya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kassano 2007-2011-ci illərdə "Sampdoriya"da çıxış edib. 33 yaşlı futbolçunun son komandası "Parma" olub.