AZAL-da çıxış edib
"Qəbələ”nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb.
Sportal.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək. Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
"Qəbələ"nin kapitanının həbs edilən bibisioğlunun ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar futbolçudur, bəzi komandaların, o cümlədən, AZAL komandasının əvəzedici heyətində oynayıb.
saytlarin hazirlanmasi