Nuriyevdən bürünc medal
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Sportal.az xəbər verir ki, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla tamamlayıb.
46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxıb. Latviya idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalına yiyələnib.
100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşü üstün tamamlayıb və Avropa çempionatının qızıl medalını qazanıb.
saytlarin hazirlanmasi