"İnter" belçikalı futbolçunun razılığını aldı

02:50 - 12 Avqust 2015

Milan təmsilçisi Mertensi transfer edir
 
Belçika milli komandasının üzvü Dris Mertens İtaliya “İnter”inin maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, milanlılar “Napoli”də forma geyinən 28 yaşlı futbolçunu sıralarına qatır.
 
Mertensdən “hə” cavabı alan “İnter” rəhbərliyinə indi neapolluları razı salmaq qalır. Yaxın günlərdə qarşı tərəflə görüş planlaşdıran “nerazzurilər” futbolçunun transfer məsləsinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, ötən mövsüm “Napoli”də 51 oyun keçirən belçikalı yarımmüdafiəçi 10 qol vurub və 8 məhsuldar ötürmə edib.                  

Xəbər xətti