Hər üç güləş növü üzrə...
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir.
Sportal.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir. Yarışların ilk günündə komandamız 1 gümüş medal qazanıb. 60 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib.
İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
55 kq
1/16 final - Murad Məmmədov - Maniş Maniş (İND)
66 kq
1/16 final - Yasin Yeter (GER) - Ruhin Mikayılov
84 kq
1/16 final - Victor Montero (VEN) - İslam Abbasov
120 kq
1/8 final - Satoşi Kayzuka (JPN) - Cavid Feyziyev