Yeni transfer "Xəzər Lənkəran"ın məşqlərinə qoşuldu FOTO

21:31 - 12 Avqust 2015

"Bütün bunlar məni çox sevindirir"

 

İstirahətini yekunlaşdıraraq məşqlərə başlayan “Xəzər Lənkəran” fransalı futbolusuna qovuşub.

 

Sportal.az xəbər verir ki, avqustun12-də L’imam Şeydi Lənkərana gələrək komandaya qoşulub. “Xəzər Lənkəran”ın məşqi başlamazdan öncə yeni futbolçu xüsusi olaraq azarkeş saytına açıqlama da verib. Əslən Qanadan olan hücumçu bunları deyib:

 

“Inter”lə oyunu internetdən izlədim. Oyunumuz çox xoşuma gəldi. Gənc futbolçular əzmkar futbol nümayiş etdirdilər. İlk matçda qələbə böyük əhəmiyyət daşıyır. Azarkeşlər də möhtəşəm idi və bütün bunlar məni çox sevindirir.”

 

12cioyuncu.info

 

Xəbər xətti