"Espanyol" hücumu Morenoyla gücləndirir

01:16 - 13 Avqust 2015

23 yaşlı futbolçu “Vilyarreal”dan ayrılır
 
“Vilyarreal”da forma geyinən Xerard Moreno növbəti mövsümü “Espanyol” klubunda keçirə bilər.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı forvardı heyətinə qatmağa yaxınıdr.
 
Tərəflər arasında razılığa görə ispaniyalı futbolçunun keçidi “Espanyol”a 1,5 milyon avroya başa gələcək.
 
Qeyd edək ki, ötən mövsüm “Vilyarreal”da 26 oyun keçirən Moreno 7 qol vurub.     

Xəbər xətti