Fransa klubu əlcəzairli futbolçuyla anlaşdı

01:27 - 13 Avqust 2015

“Lion”dan ayrılan müdafiəçi “Renn”ə keçdi
 
“Lion”a lazım olmayan Mehdi Zeffan özünə yeni komanda tapıb.
 
Sportal.az xəbər verir ki, 23 yaşlı  müdafiəçi “Renn”lə 4 illik rəsmi müqavilə bağlayıb.
 
Rafael da Silvanın gəlişindən sonra “Lion” əlcəzairli futbolçuya “qapını” göstərib. Geridə qalan mövsüm Mehdi Zeffan Fransa Liqasında 4 oyun keçirib. Əsas heyətdə yerini möhkəmlədə bilməyən futbolçu sonda klubunu dəyişməli olub. 

Xəbər xətti