"AZAL Arena"nın qazonu üçün xaricdən mütəxəssislər dəvət olundu

14:34 - 14 Avqust 2015

Böyük ehtimalla dəyişdiriləcək
 
AZAL klubunun rəhbərliyi "AZAL Arena"nın qazonunu dəyişməyə qərar verib.  Şüvəlandakı stadionun süni örtüyünü hələ ötən mövsüm dəyişmək barədə fikirlər var idi.Amma maliyyə problemləri səbəbindən bu, baş tutmamışdı. Bu il ölkəmizdə havaların həddən artıq isti keçməsi səbəbindən "AZAL Arena"nın süni örtüyündə də oynamaq həddən artçıq çətindir. Digər tərəfdən belə örtükdə oynamaq futbolçular üçün də ciddi zədə riski yaradır.
 
Sportal.az xəbər verir ki, bu üzdən də AZAL rəhbərliyi qazonla bağlı vəziyyəti müzakirə etmək ölkəmizə xarici mütəxəssisləri dəvət ediblər. Tezliklə stadionun qazonuna qiymət veriləcək və böyük ehtimalla dəyişdiriləcək.
 
Qeyd edək ki, AZAL qazonun pis vəziyyətdə olması səbəbindən Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ"ni öz meydanında yox, "Dalğa Arena"da qəbul edəcək.

Xəbər xətti