Farfan “Əl-Cəzair” klubuyla müqavilə bağladı
“Şalke” klubu Cefferson Farfanla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Helzenkirken təmsilçisi 1 illik anlaşması olan 30 yaşlı perulu futbolçuyla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
2008-ci ildən “Şalke”də çıxış edən Farfan karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək. Peru yığmasının aparıcı üzvü “Əl-Cəzair” klubuyla 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, bu vaxta qədər Bundesliqada 170 oyun keçirən Cefferson Farfan 39 qol vurub və 49 məhsuldar ötürməsiylə yadda qalıb.
saytlarin hazirlanmasi