Qollarının sayını 9-a çatdırıb
Latviya 1-ci liqasında 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası "1625 Liepaya" növbəti matçına çıxıb. Həmyerlimizin komandası səfərdə "Preilu" ilə qarşılaşıb. Matç ”Liepaya”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşdə het-trikə imza atıb.
Qeyd edək ki, bu, Vüqar Əsgərovun "1625 Liepaya" klubundakı 9-cu qoludur. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi