Maltanın baş məşqçisi: "Azərbaycanla oyunda daha çox şeyə ümid edirdik"

00:06 - 7 Sentyabr 2015

"Müdafiə xəttinin səhvi normaldı"
 
“Çox çətin oyun oldu. Azərbaycan əla formadadı”.

Sportal.az xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində J qrupunun autsayderi olan Malta millisi bu gün Azərbaycan yığmasını qəbul edib. Qarşılaşma heç-heçə (2:2) başa çatıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Gedin bərabərliyi belə şərh edib:
 
“Biz bu gün yaxşı çıxış etdik. İtaliya ilə matçda çox güc sərf etmişdik. İlk qoldan sonra komandamız özünə gəldi”.
 
 
- Vurduğunuz hər iki qol Azərbaycan yığmasının müdafiə xəttinin səhvindən oldu. Hücumçulardan razı qaldınız?
- Müdafiə xəttinin səhvi normaldı. Azərbaycanın vurduğu ikinci qolda da bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər normal haldı.
 
- Nəticədən məmnun qaldınız?
- Xeyr. Daha çox şeyə ümid edirdik. Azərbaycan yaxşı komandadı. İtaliya ilə matçdan sonra üzərimizdə çox təzyiq var idi. Əsas odu ki, birinci qoldan sonra toparlandıq.
 
Apasport.az

Xəbər xətti