İordaniya şahzadəsi yenidən prezidentliyinə namizəd oldu

01:31 - 10 Sentyabr 2015

Özü də məlumatı təsdiqləyib
 
İordaniya şahzadəsi Əli bin əl-Hüseyn növbəti il baş tutacaq  FİFA-nın prezident seçkilərinə namizəd olduğunu açıqlayıb.
 
Sportal.az xəbər verir ki, şahzadə İngiltərə mətbuatına verdiyi açıqlamada, fevralın 26-da baş tutacaq seçkilərdə namizəd olduğunu təsdiqləyib.
 
Qeyd edək ki, Əli bin əl-Hüseyn bu il keçirilən FİFA -da prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Ancaq o, səsvermədə digər namizəd Yozef Blatterdən az səs toplamışdı.
 
 

Xəbər xətti