"Qarabağ"ın rəqibindən xal itkisi

01:00 - 14 Sentyabr 2015

Qolsuz heç-heçə
 
Belçika çempionatında 7-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də növbəti matçını keçirib. Sözügedən klub doğma meydanda "Genk"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
 
Qeyd edək ki, "Anderlext" 7 turdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti