1 qızıl və 1 bürünc medala sahib oldu
Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.
Sportal.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.
+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq, bürünc medala layiq görülüb.
saytlarin hazirlanmasi