"Xəzər Lənkəran" iki legionerini icarəyə verir

17:57 - 15 Sentyabr 2015

Seydi və Kapsa üçün digər variant
 
"Xəzər Lənkəran"a qoyulmuş məlum transfer qadağasına görə 3 futbolçu - Ruslan Abışov, Rəşad Eyyubov və Vüqar Nadirovun komandadan ayrıldığı barədə məlumat vermişdik. Komandaya qoşulmuş yeni legionerlər isə hələlik CAS-ın "Xəzər Lənkəran" haqda qərarını gözləyirlər.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, CAS cənub klubunun xeyrinə qərar verməsə, iki yeni transfer Pavel Kapsa və Liman Seydi başqa Premyer Liqa təmsilçilərinə icarə əsasında transfer olunacaq. 

Xəbər xətti