Yoxlama matçı
Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə qarşılaşıb. Qarşılaşmadan xorvatlar 4:0 (25:11, 25:17, 25:22, 25:20) hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimiz Mariborda Sloveniya və Polşa voleybolçuları ilə də yoxlama matçı keçirəcək.
saytlarin hazirlanmasi