Mariya Şarapova geri dönür

12:05 - 22 Sentyabr 2015

Çində keçiriləcək turnirdə iştirak edəcək

 

Zədə səbəbi ilə uzun müddətdir kortlara çıxmayan qadınlar araında bir nömrəli tennisçilərdən hesab olunan rusiyalı roketka ustası Mariya Şarapova kortlara qayıdır. Sportal.az xəbər verir ki, Çində təşkil ediləcək "Vuhan" açıq tennis turnirində Mariya Şarapova da iştirak edəcək. Mariya Şarapova 27 sentyabrda təşkil ediləcək turnirlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

 

"Turnirə həvəslə hazırlaşıram. Səbrsizliklə yarışın başlamasını gözləyirəm. Uzun müddətdir ki, görüşlərə hazır olmaq üçün çalışıram. Tennisə dönmək üçün darıxmışam".

 

Qeyd edək ki, 28 yaşlı Mariya Şarapova 27 iyul tarixində "Uimbildon" turnirində dizindən zədə almışdı və bir çox yarışlarda iştirak edə bilməmişdi.

Xəbər xətti