AFFA-dan cəzalar
İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Rəvan” matçının 82-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Mbah Çimezi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Əvəzedici heyətlərin V turunun “Zirə” – “Rəvan” matçında oyunöncəsi iclasda “Zirə” klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur.
“Zirə” klubu yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Əvəzedici heyətlərin V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
saytlarin hazirlanmasi