Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Çexiyanın “Slovan” klubunun yarımmüdafiəçisi Yan Şikoranın Sportal.az-a müsahibəsi:
- Qrupu necə dəyərləndirirsiz?
- Bütün rəqiblərimiz güclüdür. Fikrimcə, qrupda favorit "Fiorentina"dır. Digər 3 klub isə 2-ci yer uğrunda mübarizə aparacaq.
- “Qarabağ”ın “Viktoriya” ilə oyunlarını izləmisən? Rəqibiniz haqda nə söyləyə bilərsiz?
- Bəli, izləmişəm. "Qarabağ"ın güclü komanda olduğunu qeyd etməliyəm. Topla oynamağı sevən komandadır. Bizim üçün Bakıda asan olmayacaq. "Göteborq"la oyunda asanlıqla qalib gəlmişdilər.
- Söylədiniz ki, "Fiorentina" favoritdir və digər 3 klub 2-ci yer uğrunda mübarizə aparacaq. Hansı klub qrup 2-cisi olacaq?
- Bu, futboldur. Bəlkə "Fiorentina" qrupda qaldı? Bilmək olmaz. Sadəcə onlar favoritdir. Çox istəyirik ki, növbəti mərhələyə adlayan klublardan biri biz olaq.
- "Qarabağ"dan Bakıdakı oyunda xal almağı bacaracaqsız? Nəzərə alaq ki, “Qarabağ” oyunu azarkeş tutumu az olan stadionda keçirəcək…
- Ola bilər ki, ilk oyunda "Qarabağ"ın şansı çox olsun. Amma biz asan şəkildə təslim olmayacağıq. Stadion amilinin bu oyuna təsir edəcəyini isə düşünmürəm. Bakıdan xalla qayıtmağa çalışacağıq.
- Pley-off mərhələsində AEK-lə matçda het-trik etmişdiniz. Bu oyunda əsas diqqətlər sizə və Milan Baroşa cəmlənəcək...
- AEK-ə vurduğum qollarla komandama böyük köməklik etdim. Bu, mənim işimdir. Amma sırf olaraq hücumçu deyiləm. Əsas odur ki, komadnamız turnirdə uğurlu çıxış etsin. Baroş kimi futbolçulardan çox şey öyrənməliyik.
saytlarin hazirlanmasi