AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov "Neftçi" rəhbərliyini tənqid edib.
Sportal.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, o, klubun Müşahidə Şurasında təmsil olunmamasından narazılığını, şuradakıların futbolun incəliklərini bilmədiklərini ifadə edib.
Həmkarımızın "Neftçi"nin hazırkı rəhbərliyinə nə məsləhət verə bilərsiz" sualını Cavadov belə cavablandırıb:
"Komandanın indiki durumuna ürəyim ağrıyır. "Neftçi" Azərbaycanın futbol brendidir. Ancaq kimlərsə bunun mənasını başa düşmür. Ölkənin ən köklü klubu bir çox məsələlərdə dünənki "uşaqlar”dan da geri qalırsa, deməli, dəyişilməli olan nələrsə var. Klubun seçilmiş Müşahidə Şurası var. Zəhmət çəkib fikirləşsinlər ki, nəyi necə eləmək lazımdır. Mənim məsləhətimə ehtiyac duyulsaydı, mən də orda olardım. Bəzən elə bilirlər ki, futbol klubunu idarə etmək asandır. Daha başa düşmürlər ki, bu işin öz incəlikləri var. Bəzi məsələlərə özəl yanaşma tələb olunur. Mən nəticələrə baxıram, əsəbləşirəm, narahat oluram, ürəyim ağrıyır. Ancaq əlimdən heç nə gəlmir".
saytlarin hazirlanmasi