"Qəbələ" "Neftçi"yə divan tutdu YENİLƏNİB

21:52 - 10 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir. 

 

Sportal.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. “Əlincə  Arena"da keçirilən matçda "qırmızı-qaralar" rəqibini böyük hesabla məğlub edib.

 

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

 

10 sentyabr (şənbə)
20:00.“Neftçi” – “Qəbələ” 0:8

QOLLAR: Baqali Dabo, 5, 16, 59, Vitali Vernidub, 10, Filip Ozobiç, 29, Ruslan Qurbanov, 45, 83, Voislav Stankoviç, 70
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev 
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov 
“Əlincə Arena”

Xəbər xətti