“Neftçi”nin qapıçılar üzrə məşçisi olan Dmitri Kramarenko iş yerini dəyişməli olacaq. Sportal.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” müqaviləsi sona çatan Kramarenkoyla anlaşmanı yeniləmək istəmir.
Ötən il “Neftçi”nin Müşahidə Şurasının verdiyi qərara əsasən, klubun akademiyasında Sergey Kramarenko adına qapıçılar məktəbi təsis olunmalıydı. Lakin bu qərar lazımi səviyyədə icra olunmayıb və Dmitri Kramarenkoyla klub rəhbərliyi arasında münasibətlərin soyumasında bu məqam da öz rolunu oynayıb.
Qeyd edək ki, Dmitri Kramarenko “Neftçi”də ötən il işə başlamışdı.
saytlarin hazirlanmasi