Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edib. Saat 19:00-da başlayan qarşılaşma "Sumqayıt"ın 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
VI tur
27 sentyabr (çərşənbə axşamı)
19:00 “Neftçi” - “Sumqayıt” 1:2
QOLLAR: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19, Seymur Əsədov, 71
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
“Əlincə Arena”