Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo yerli mətbuata müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Bakı səfərində yaşadığımız şok San Marino ilə oyunda təkrarlanmayacaq?
- Həmin nəticəyə görə çox məyusuq. İndi bunu müzakitə etmək üçün vaxtımız yoxdur. San Marino ilə oyunda mütləq qələbə qazanmalıyıq.
- İlk iki oyundan sonra xal qazanmağımız bir tərəfə qalsın, qol belə vurmamışıq…
- Almaniya qrupun aşkar favoritidir. Rəqibin gücü hamıya məlumdur. Oyun keyfiyyətimizə söz ola bilməz. Bakıda bəxt bizdən üz döndərmişdi. Azərbaycanla oyunda daha çox cinahlarda və hava ötürmələrində istifadə etdik. 15 qol imkanını əldən verdik. Azərbaycan isə qapıya 1 zərbə vurdu və o da qolla nəticələndi.
- Federasiya rəhbərliyi Azərbaycana məğlub olduqdan sonra sizinlə nə söhbət etdi?
- Bu haqda söhbətimiz olmayıb. Vaxtımız azdır. 2013-cü ildən millinin “sükanı arxasındayam”. Federasiya 2 məğlubiyyətə görə məni qovmaz. Çünki illər əvvəlki işlərim göz qabağındadır.
- San Marino ilə oyun təzyiqlərdən qaçmaq üçün kömək edəcək?
- Yalnız qələbə haqda düşünürük. Qələbə bizə çox kömək olacaq.