Kristof Qaltye: "Qəbələ" ilk oyunda öz gücünü göstərə bildi" MÜSAHİBƏ

20:06 - 2 Noyabr 2016

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sent Etyen”i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye jurnalistlərin suallarını cavablandırıb.


- İki il öncə Bakıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmışdız. Bu zaman ərzində komandanızda nə dəyişikliklə baş verib? Bu oyunla həmin matçın nə fərqi olacaq?

- 2 il az müddət deyil. Təcrübəmiz artıb. Xeyli uğurlar qazanmışıq. Əlbəttə ki, fərqi olacaq. Əlimizdən gələni edəcəyik ki, sabah 3 xal bizim olsun.

 

- İlk oyunda “Qəbələ” öz gücünü göstərə bildi?
- “Qəbələ” ilə oyunumuz maraqlı alındı. Rəqib öz gücünü göstərə bildi. Əsas məqsədimiz odur ki, növbəti mərhələyə yüksələk. Bacardığımız qədər irəli getmək istəyirik. Oyuna çox çalışmışıq.

 

- Yaxşı əhval-ruhiyyəniz var...
- Ötən günlərdə halım yaxşı deyildi, amma indi qaydasındadır.  Hər şey yaxşıdır. Bizi Bakıda yaxşı qarşıladılar, təşəkkür edirəm.

 

- Siz bir məşqçi kimi oyuna necə hazırlaşmısız?
- Son bir neçə gündə halım yaxşı deyildi. Ötən həftənin 6-cı günü “Monako” ilə qarşılaşmışdıq. Oyuna tam hazırıq, futbolçularıma güvənirəm.

 

- “Qəbələ” bu mövsüm Bakıda keçirdiyi oyunlarda qol vurub. Siz bu cəhətdən çəkinmirsiz?
- Biz ümid edirik ki, sabah uduzmayaq. Ola bilər ki, “Qəbələ” qalib gəlsin, amma biz mübarizə aparacağıq. Rəqibimizi zəif hesab etmirik. “Qəbələ”nin oyunlarını izləmişik. İstəyimiz qalib gəlməkdir.

 

- “Sent-Etyen”də ilk səfər matçınızla bu qarşılaşma arasında nə fərqlər var?
- Uğurlu oyunlarımız çox olub. Avropanın güclü komandaları ilə qarşılaşmışıq. Bir çox oyunlarda uğurlu nəticlər əldə etmişik. Məşqçi kimi oyuna hazıram. Fransada keçirilən oyunda “Qəbələ” yaxşı oynadı.

Xəbər xətti