Azərbaycan Premyer Liqasının XVIII turunda AZAL doğma meydanda "İnter"ə 0 - 1 hesabıyla məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:
- Bu gün öz komandamı tanıya bilmədim, komandamdan əsər-əlamət yox idi. Bəlkə də komandanın üzərində təzyiq, həyəcan var. Görünür ki, görəcəyimiz işlər çoxdur. Demək olar ki, yarımmüdafiə və hücum xəttimiz yox idi. Qarşıdakı oyunlarda səhvlərimizi təkrar etməməliyik. Komandamızın zəif çıxış etməsi qəbuledilməzdir. Çempionatda üst pillələrə qalxmaq istəyiriksə, səhvləri təkrarlamamlıyıq.
- Komandanız “İnter”lə oyunlarda uzun müddətdi qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Bəli, “İnter” bizim üçün arzuolunmaz komandadı. Bizə çox çətinlik yaradırlar. Bunun da səbəbi, “İnter”in 5 müdafiəçi ilə oynamasıdır. Ona görə də, belə komandalara qarşı futbolçular fərdi güclərindən yararlanmalıdırlar. Amma bunu bizdə nə Rəşad Abdullayev, nə də Tounkara bacarmadı.
- Ötən oyunlarınızda olan hakim səhvləri komandanıza psixoloji təsir göstərmir?
- Açığı, bu gün çox aşağı səviyyədə çıxış etdik. Komandada istək yox idi. Amma biz hər şeyi hakimlərin üzərinə yıxmamalıyıq. Əgər mənim futbolçum hücum qura bilmirsə, hakimi qınamalı deyilik. (Futbol11.az)
saytlarin hazirlanmasi
