Harri Keyn İngiltərənin Xorvatiya üzərində 7:0 hesablı böyükhesablı qələbəsinin bütün Avropaya bir mesaj olduğunu düşünür.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu öz açıqlamasında bunları qeyd edib:
“Hətta 1:0 hesabı ilə öndə olduğumuz zaman da ikinci, üçüncü, dördüncü qolun ardınca gedirdik. Düşüncə tərzimiz məhz belə olmalıdır. Müəyyən oyun üslubun varsa, onu nə vaxt tətbiq edib-etməyəcəyini seçə bilməzsən. Amansız olmalı və dayanmamalısan. Dörd qol vurmusan, beşincini istəyirsən. Daim qələbəyə ac olduğun bir mentalitetə sahib olmalısan. Xüsusilə böyük oyunlarda və böyük turnirlərdə dəyişməli olduğumuz məqam məhz bu idi və belə matçlar bizə yalnız kömək edəcək.
Biz çox yaxşı komandaya qarşı oynadıq. Belə qələbəni adi hal kimi qəbul etmək olmaz, çünki bu matç bizim üçün çox çətin keçə bilərdi. Bu, hər zaman təkcə özümüzə deyil, Avropadakı digər komandalara da mesaj göndərməyin bir yoludur. Düşünürəm ki, bunu yenidən etdik.
Biz qələbəyə acıq. Gənc komandayıq. Hazırda futbolçularımız əla formadadır və məncə, hər kəs meydana çıxmaq üçün böyük həvəslə alışıb-yanır. Belə matçlar isə bizi daha da motivasiya edir”.
saytlarin hazirlanmasi
