"Barselona"nın əsas heyətində yerini itirən Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" fransalı sağ cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "El Desmarque" portalı məlumat yayıb.
London klubu yanvarda 27 yaşlı futbolçu üçün İspaniya çempionu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan 50 milyon avroya ttransfer edib. Fransa millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
