"Mançester Yunayted"in hücumçusu Benyamin Şeşkoya İspaniya və İtaliyadan maraq var.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Yuventus" sloveniyalı hücumçunu transfer etmək istəyir. Bu barədə "TuttoJuve" nəşri məlumat yayıb.
Hər iki klub Şeşko üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır. Premyer Liqa nəhəngi 23 yaşlı futbolçunu 75 milyon avrodan aşağı qiyməti satmağı düşünmür.
Qeyd edək ki, "Mançester Yunayted" Benyamin Şeşkonu 2025-ci ilin yayında "Leyptsiq"dən 76,5 milyon avroya transfer edib. Sloveniya millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
