"Barselona" PSJ-nin futbolçusunu transfer edir

17:35 - 1 May 2017

"Barselona" heyətini PSJ-nin futbolçusu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubu italyan futbolçu Marko Verratini transfer etmək istəyir.
 
"Barselona" rəsmiləri futbolçunun meneceri Donato Di Kampli ilə görüşüb. "Mundo Deportivo"nun xəbərinə görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri transferə müsbət yanaşdıqlarını bildirib. "Barselona"nın yaxın günlərdə PSJ-yə rəsmi təklif göndərəcəyi deyilir.
 
Qeyd edək ki, PSJ  Marko Verattini 2012-ci ildə "Peskara"dan 12 milyon avroya alıb.  

Xəbər xətti