Mayın 7-də “Demirchi Tower - 2017” Kuboku uğrunda mini futbol üzrə turnir start götürəcək.
Sportal.az xəbər verir ki, Milli Olimpiya mərkəzinin təlim-məşq bazasında (“Neftçi”nin keçmiş bazası) baş tutacaq yarışda 16 komanda (Caspian Group, Demirchi Tower, Aga Group, AK Mobile, Prime Audit, Wood Group, Wood Group-2, Times Consulting, Scan EX, Oceaneering, Expresssbank, LT Scientific, Kocsistem, Report, Pulpay, Tar Tourism) mübarizə aparacaq.
Odur ki, turnirdə kənardan deyil, Demirchi Towerin binasında qərarlaşan şirkətlərin komandaları iştirak edir. Ötən gün şirkət nümayəndələrinin iştirakıyla püşkatma mərasimi keçirilib və 1/8 final mərhələsində üz-üzə gələcək cütlüklərin taleyinə aydınlıq gəlib.
Turnirdə Demirchi Towerin binasında qərarlaşan şirkətləri komandaları iştirak edir. Demirchi Tower, Caspian Group və Aga Groupun təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə sonda Fitness Mania, Gate 25 və Turkish Airlines şirkətləri tərəfindən mükafatlar təqdim ediləcək. 1/8 final mərhələsində aşağıdakı komandalar qarşılaşacaq:
Times Consulting - Caspian Group
Wood Group-2 - AK Mobile
Kocsistem - Prime Audit
Scan EX - Tar Tourism
Report – Pulpay
LT Scientific – Expresssbank
Oceaneering - Demirchi Tower
Aga Group - Wood Group






