"Tour d’Azerbaidjan-2017": 3-cü mərhələnin qalibi bəlli oldu

16:17 - 5 May 2017

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.
 
Finiş xəttini ilk keçən "Amplaç" (Avstriya) komandasının üzvü Matey Muqerli olub.
 
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
 
İştirakçılar dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Xəbər xətti