Kiril Pozdnyakov: "Qəzaların çox olması yaxşı hal deyildi"

17:24 - 5 May 2017

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.

 

Təmsilçimiz mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

“Bugünkü mərhələ dünənkinə nisbətən çox rahat keçdi. Komandama uğurlu çıxışa görə minnətdaram. Düzdü, komanda üzvlərimizlə hərdən bir-birimizlə məsafəmiz aralanırdı. Ancaq sonra bir-birimizə kömək edə bilirdik. Çoxlu qəzaların olması yaxşı hal deyildi”.

Xəbər xətti