Kiril Pozdnyakov: "Bunu sabah biləcəyik"

15:05 - 6 May 2017

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, baş tutan 4 mərhələdən sonra "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov  ümumi təsnifatda liderlik edir. Təmsiçimiz mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandam dünən olduğu kimi bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. İlk kilometrlərdən dəstəklərini göstərdilər.

 

- Sabah sonuncu mərhələdi. Liderliyini qoruya biləcəksən?
- Velosiped idman növünd əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Bunu sabah biləcəyik. Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq.

 

- Ağsu aşırımı sizin üçün çətinlik yaratmadı?
- Təbii ki, çox maraqlı marşurutdu. Oranın gözəl təbiəti var.

Xəbər xətti