İSLAMİADA: Millimiz qələbə ilə başladı

18:16 - 9 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası ilk görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, rəqib Kamerun millisi olub. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş qarşılaşma millimizin 28 - 26 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, mayın 10-da Azərbaycan millisi Özbəkistanla, mayın 11-də Türkiyə ilə üz-üzə gələcək.

Xəbər xətti