Millimizdən növbəti qələbə

18:33 - 10 May 2017

Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın həndbolçulardan ibarət yığmamız 2-ci turun oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Özbəkistan millisi ilə qarılaşan komandamız 47:21. hesabı ilə qalib gəlib. Turun digər oyununda Türkiyə Kamerundan üstün olub - 33:31.

 

Qeyd edək ki, ilk turda yığmamız Kameruna 28:26 hesabı ilə qalib gəlib.

 

İlk 2 turdan sonra Azərbaycan və Türkiyə milliləri 4 xalla 1-2-ci yerləri bölüşdürür. Özbəkistan və Kamerunun isə xalı yoxdur. 

Xəbər xətti