İSLAMİADA: Millimiz qrup lideri oldu

00:03 - 12 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında ikinci tur keçirilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz 4 xalla qrup lideri olub. Ərəblər isə qrupdan çıxmaq şansını itirib. 

 

Qeyd edək ki, Yaşar Vahabzadənin komandası ilk turda Kamerunla heç-heçə etmişdi.

 

Qrupun digər oyununda isə Kamerun Mərakeşi sınağa çəkib. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Azərbaycan – Səudiyyə Ərəbistanı - 2:0

QOLLAR: Elşən Abdullayev, 67, Ağabala Ramazanov, 80

Xəbər xətti