Mayın 7-də “Demirchi Tower - 2017” Kuboku uğrunda mini futbol üzrə turnirə start verilib.
Sportal.az xəbər verir ki, Milli Olimpiya mərkəzinin təlim-məşq bazasında (“Neftçi”nin keçmiş bazası) turnirin açılış mərasimi keçirilib. Azərbaycan Futbol Veteranlar İttifaqının sədri Oktay Abdullayev və “Neftçi” futbol klubunun veteranları açılış mərasimində çıxış edərək yarış iştitirakçılarına uğurlar arzulayıblar.
Bundan sonra 16 komanda (Caspian Group, Demirchi Tower, Aga Group, AK Mobile, Prime Audit, Wood Group, Wood Group-2, Times Consulting, Scan EX, Oceaneering, Expresssbank, LT Scientific, Kocsistem, Report, Pulpay, Tar Tourism) turnirin 1/8 final mərhələsində münasibətlərinə aydınlıq gətirib.
İlk oyun günündə turnirdə 1/4 final mərhələsinə vəsiqə qazanan komandaların adları məlum olub.



