"Bavariya" PSJ-nin futbolçusuna "elçi düşdü"

16:21 - 13 May 2017

PSJ-nin futbolçusu Marko Verratti karyerasını "Bavariya"da davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı yerli "Bild" nəşri yayıb.  Mənbə iddia edir ki, futbolçunun agenti Donato Di Kampli də adıçəkilən klubla danışıqların getdiyini təsdiqləyib. Münhen təmsilçisi İtaliya millisinin üzvünə görə 60 milyon avro təklif edib.

 

Qeyd edək ki, 24 yaşlı italyan futbolçu üçün "Barselona" və "Yuventus" da səy göstərir.

Xəbər xətti